IMG-LOGO

Kəlbəcərə köçürülmüş sakinlərdən 267 şəxs məşğulluq tədbirlərinə cəlb edilib

24 Nov 2026 17:33 5 baxış
IMG

Kəlbəcər rayonuna köçürülmüş sakinlərdən artıq 267 şəxs məşğulluq tədbirlərinə cəlb olunub.

Bu barədə "Report"a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, onlardan 255 nəfərin rayon ərazisində məşğulluğu təmin edilib, o cümlədən, 26 nəfəri üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb.

Həmçinin 12 nəfər əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib.

Mənbə: report.az

Xəbər lenti