IMG-LOGO

Bərdədə avtomobil piyadanı vurub öldürdü

18 Nov 2026 21:07 6 baxış
IMG
0 0

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

​Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bərdə-Yevlax avtomobil yolunun Saatlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

​Qadın sürücü idarə etdiyi avtomobillə yolu keçən Bərdə rayonunun Qarağacı kənd sakini, 1994-cü il təvəllüdlü Fərid Əfqan oğlu Qasımovu vurub. Alınan xəsarətlərdən yaralı hadisə yerində dünyasını dəyişib.

​Mərhumun meyiti aidiyyəti üzrə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon morquna təhvil verilib.

​Faktla bağlı araşdırma aparılır.

Bərdə qəza

Mənbə: lent.az

Xəbər lenti