IMG-LOGO

FIBA Avropa Kuboku: "LANDAU Lions" "Previdza" komandasına məğlub olub

18 Nov 2026 20:57 6 baxış
IMG

Azərbaycanın "LANDAU Lions" basketbol klubu FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.

"Report"un məlumatına görə, VII turda Slovakiya təmsilçisi "Prievidza" ilə qarşılaşan Erhan Tokerin baş məşqçi olduğu komanda rəqibinə uduzub - 93:97.

G qrupunun matçı Bakı İdman Sarayında keçirilib.

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 7 görüşün cəmi birində qələbə qazanmağı bacaran "LANDAU Lions" 8 xalla sonuncu - 6-cı pillədə qərarlaşıb.

Mənbə: report.az

Xəbər lenti