IMG-LOGO

Yol təmir işlərinin müddətini müəyyən edən əsas amillər açıqlanıb

18 Nov 2026 18:15 12 baxış
IMG

Yol təmir işləri başlayan zaman sürücüləri və ərazı sakinlərini ən çox düşündürən məsələlərdən biri proseslərin nə zaman başa çatacağıdır. Bəs təmirin davam etmə müddəti hansı faktorlardan asılıdır və nəyə görə bəzən proqnozlaşdırılandan daha çox vaxt tələb edir?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) "Yolun Düzü" rubrikasının yeni buraxılışında bu məsələlərə aydınlıq gətirib.

Qeyd olunub ki, yol təmiri təkcə köhnəlmiş asfalt örtüyünün yenilənməsindən ibarət olmur. Müəyyən hallarda yolun alt təbəqələrinin bərpa edilməsi, drenaj sistemlərinin yaradılması və əlavə texniki işlərin görülməsi zərurət doğurur. Təmirin davamlılığına yolun hazırkı vəziyyəti, yeraltı kommunikasiya şəbəkələri, ərazinin relyef xüsusiyyətləri və nəqliyyat axınının intensivliyi də birbaşa təsir edir. Bəs bu proseslərin hamısı hansı qaydada reallaşdırılır və təmir müddətini təyin edən başlıca amillər nələrdir?

Ətraflı məlumat "Yolun Düzü" rubrikasının növbəti videoburaxılışında təqdim olunub.

Mənbə: report.az

Xəbər lenti