IMG-LOGO

Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si cərimələnib

18 Nov 2026 17:51 13 baxış
IMG

Bu ilin yanvarından indiyədək 6 vəkil Kollegiyadan xaric olunub, 27-si barəsində cərimə tətbiq olunub.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, 2026-cı ilin yanvar ayından indiyədək fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət qurumlarından daxil olan müraciətlər əsasında 123 iş üzrə intizam icraatı başlanılıb.

Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən intizam işləri üzrə ümumilikdə 102 qərar qəbul edilib.

Qəbul edilən qərarlara əsasən, 11 vəkilə xəbərdarlıq edilib, 9 vəkilə töhmət verilib. İki vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb. Bununla yanaşı, 14 vəkilin gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Mənbə: report.az

Xəbər lenti