IMG-LOGO

Məşhur müğənnilərin bir gecədə qazanacağı milyonlar - İrem Dericidən SƏRT REAKSİYA

18 Nov 2026 18:53 11 baxış
IMG
2 0

Türkiyədə məşhur müğənnilərin Yeni il gecəsi səhnəyə çıxmaq üçün alacaqları qonorarlarla bağlı yayılan məlumatlar müzakirələrə səbəb olub. 

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, yayılan siyahıya əsasən, Gülşen, Hande Yener və Edisin Yeni il gecəsi 20 milyon lirə, Hadisənin 22 milyon lirə, Ebru Gündeş, Mahsun Kırmızıgül və Kenan Doğulunun isə 25 milyon lirə qonorar alacağı irəli sürülüb.

Siyahıda məşhur müğənni İrem Dericinin də adı yer alıb. Onun dekabrın 31-dəki çıxışından 3 milyon lirə qazanacağı iddia olunub.

Lakin İrem Derici açıqlanan məbləğlərə sərt reaksiya göstərərək məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Əzizim, əgər o Yeni il siyahısı doğrudursa, daha mən səhnəyə çıxmayım. Biri 30 milyon, digəri 40 milyon alır. Amma bilirsiniz ki, belə xəbərlər hər il yayılır. Hər il hamının gözlədiyi xəbərlərdir”, – müğənni bildirib.

Derici bu cür məlumatların insanları qıcıqlandırmaq məqsədilə yayıldığını iddia edib.

“Dostlar, and içirəm ki, elə pullar yoxdur. Bunlar sadəcə insanları bir az əsəbiləşdirmək üçün ortaya atılan şeylərdir. Belə məbləğlər yoxdur, mənə inanın. Bir Seda bacınıza, bir də mənə inanın”, – sənətçi vurğulayıb.

məşhurların qonorarı Türkiyə

Mənbə: lent.az

Xəbər lenti