Payız fəslində meyvə verən, görünüşü ilə çiyələyi, dadı ilə isə tutu xatırladan qeyri-adi ağac marağa səbəb olub.
Lent.az APA TV-yə istinadla xəbər verir ki, təsərrüfat sahibi Ramiz Cəfərov bu ağacın tingini 3 il əvvəl qohumundan götürərək həyətində əkib. Bu il isə ağac ilk dəfə bol məhsul verib.
Onun sözlərinə görə, ağac xüsusi qulluq tələb etmir. Yarpaqları yabanı xurmanı xatırladan bitki bəzi mənbələrdə Çin tutu adı ilə tanınır.
Qeyri-adi görünüşü ilə diqqət çəkən meyvənin dadı və yetişdirilmə xüsusiyyətləri də maraq doğurur.
Bəs bu meyvənin dadı necədir? Ağac hansı şəraitdə yetişir və ona necə qulluq etmək lazımdır?
Ətraflı APA TV-nin videoreportajında:
APA TV Lənkəran tutMənbə: lent.az