İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrdə Şuşa şəhərinin tanıdılması istiqamətində təbliğat işləri həyata keçirilib.
"Report" un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə "Şuşa – İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) turizm paytaxtı 2026" tədbirinin bağlanış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O, cari il ərzində İƏT-in turizm paytaxtı olan Şuşada təşkilata üzv ölkələrin turizm nazirlərinin görüşünün, kulinariya festivalının, mədəniyyət və mədəni irslə bağlı müxtəlif tədbirlərin keçirildiyini vurğulayıb:
"Həmçinin İƏT ölkələrində Şuşanın tanıdılması istiqamətində təbliğat işləri aparılıb, həmin ölkələrin media və turizm sənayesi nümayəndələrinin Şuşaya səfərləri təşkil olunub. Bu işlərin əsasında unikal irsə malik Şuşanın mədəniyyəti və tarixinin İƏT ölkələrində tanıdılaraq sevdirilməsi dayanıb".
Mənbə: report.az