IMG-LOGO

Jorj Kaşkilya: "Sevindirici haldır ki, bu mövsüm "Zirə"yə uduzmadıq"

08 May 2026 20:09 9 baxış
IMG

"İmişli cari mövsüm Misli Premyer Liqasında "Zirə"yə uduzmadığı üçün sevinir.

"Report" xəbər verir ki, bunu bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya Premyer Liqanın XXXI turunda "Zirə"yə qarşı keçirilən matçdan sorna mətbuat konfransında deyib.

Mütəxəssis heç-heçə başa çatan qarşılaşmanı şərh edib:

"Qarşılaşma yüksək tempdə və gərgin mübarizə şəraitində keçdi. Hər iki tərəf qələbə üçün meydana çıxmışdı. İlk hissədə üstün oyun nümayiş etdirdik və rəqibdən daha çox təhlükəli epizod yaratdıq. Fasilədən sonra oyun daha balanslı və çətin keçdi. Son dəqiqələrdə isə təşəbbüs əsasən "Zirə"nin tərəfində idi, buna görə komanda daha çox müdafiəyə çəkildi. Hesab edirəm ki, heç-heçə oyunun ümumi axarına uyğun nəticə oldu. Sevindirici haldır ki, bu mövsüm "Zirə"yə uduzmadıq. Ən önəmlisi isə "İmişli"nin qarşıya qoyduğu hədəfə çatmasıdır. Futbolçularımı xüsusi olaraq təbrik edirəm, çünki mövsüm boyu hər oyunda sona qədər savaşdılar. "Zirə"yə isə ölkə kubokunun final görüşündə uğurlar arzulayıram".

Qeyd edək ki, "İmişli" - "Zirə" oyununda hesab açılmayıb.

Xəbər lenti