IMG-LOGO

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

11 Nov 2026 17:31 2 baxış
IMG

Fransanın "Sen-Deni" klubunun 22 yaşlı müdafiəçisi Vanis Onsor məşq zamanı ürəktutmasından keçinib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi zamanı futbolçunun səhhəti qəfil pisləşib.

Komanda yoldaşları ona ilk yardım göstərməyə çalışsalar da, idmançının həyatını xilas etmək mümkün olmayıb. Faciədən sonra "Sen-Deni" "Sen-Pyerruaz"a qarşı keçiriləcək matçı təxirə salıb.

Qeyd edək ki, V.Onsor 2026-cı ilin yanvarında "Sen-Deni"yə keçib.

Mənbə: report.az

Xəbər lenti