IMG-LOGO

Qazaxıstan və ABŞ strateji tərəfdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər

08 Jan 2026 19:27 11 baxış
IMG

Qazaxıstan xarici işlər nazirinin birinci müavini Yerjan Aşikbayev və ABŞ səfiri Culi Stafft strateji tərəfdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Qazaxıstan xarici işlər nazirinin birinci müavini Yerjan Aşikbayev yeni təyin olunan ABŞ səfiri Culi Stafftdan etimadnamələrin surətlərini qəbul edib. Tərəflər Qazaxıstan və ABŞ arasında strateji tərəfdaşlığın hazırkı vəziyyətini və genişləndirilməsi perspektivlərini müzakirə ediblər", - məlumatda qeyd olunub.

Danışıqların yekununda konstruktiv birgə işə hazırlıq təsdiqlənib və müntəzəm siyasi dialoqun davam etdirilməsi razılaşdırılıb.

Xəbər lenti