Elektrik cihazlarının sayının artması uzadıcı kabellərdən daha çox istifadə olunmasına səbəb olur. Xüsusən qış fəslində uzadıcı kabellərin düzgün istifadə olunmaması səbəbindən evlərdə yanğın baş verir. Buna görə uzadıcı alarkən onun texniki göstəricilərini yoxlamaq, qoşulacaq avadanlığın gücünü nəzərə almaq və seçim zamanı mütəxəssis məsləhətinə üstünlük vermək vacibdir.
Fövqəladə Hallar Nazirliyi Lent.az-ın sorğusuna cavabında təhlükəsiz seçim üçün diqqət edilməli məqamları açıqlayıb.
“Kabellərin güc seçimi ona qoşulan avadanlığın istehlak gücünə mütənasib olmalıdır. Kabelin istehlak gücündən artıq enerji sərfiyyatı həyata keçirən bir elektrik cihazının qoşulması yanğın törədə bilən bir haldır. Bu baxımdan mütləq qaydada uzadıcı cihazların seçimində mütəxəssis mövqeyi olduqca vacibdir. Yaxud da bu seçimi müstəqil şəkildə həyata keçirmək istəyən vətəndaş istifadə edəcəyi avadanlığın texniki parametrləri, onun istehsalçı tərəfindən üzərində qeyd olunan məlumatlara diqqət etməlidir. Nəticədə, sözügedən uzadıcını alarkən istehlak gücü cihazın gücündən yuxarı olan kabel əldə etməlidir ki, elektrik cərəyanına qoşarkən yanğın və digər təhlükə törədə bilən hallar yaranmasın. Həmçinin, evin elektrik şəbəkəsi qurularkən elektrik yükü hesabatı aparılır və yük hesabatına əsasən də istifadə olunacaq cihazların şəbəkəyə saldığı gücü nəzərə alaraq kabel seçimi ona görə layihələndirilir”.
elektrik uzadıcı kabellər təhlükəsizlik FHNMənbə: lent.az