IMG-LOGO

Nəsimi Musayev Köçəryanla qonşu kamerada saxlanılır

11 Nov 2026 13:26 8 baxış
IMG
0 0

Ermənistanda həbsdə olan Azərbaycan əsgərinin harada cəza çəkdiyi məlum olub.

Lent.az bildirir ki, bu barədə Ermənistan parlamentinin müxalif “Ermənistan” blokunun fraksiya rəhbəri Anna Qriqoryan açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycan əsgəri Nəsimi Musayev Milli Təhlükəsizlik Xidmətinin məşhur zirzəmisi olan "İrəvan-Mərkəz" penitensiar müəssisəsində saxlanılır. Deputat bildirib ki, Nəsimi ilə qonşu kameralarda Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və digər müxalifət liderləri də cəza çəkir.

Qeyd edək ki, Nəsimi Musayev bu il sentyabrın sonlarında Ermənistan ərazisinə keçərək, Şəki kəndində saxlanılıb. Həmin ölkənin məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Hadisələr siyasi xəbərlər siyasət Ermənistan Nəsimi Musayev Azərbaycan əsgəri Köçəryan

Mənbə: lent.az

Xəbər lenti