Azərbaycanın yunan-Roma güləşçisi Davud Məmmədov (77 kq) Qazaxıstanın Çimkənd şəhərində əməkdar məşqçi, akademik Mərdan Saparbayevin xatirəsinə keçirilmiş beynəlxalq turnirin qalibi olub.
"Report"un məlumatına görə, ənənəvi yarışda U-20 milli komandasının məşqçisi Akif Əliyevin rəhbərliyi altında iki Azərbaycan güləşçisi fəxri kürsüyə qalxıb.
D.Məmmədov finalda qardaşı Cavad Məmmədova 3:1 hesabı ilə qalib gəlib.
C.Məmmədov isə gümüş medala sahib çıxıb.
Mənbə: report.az