IMG-LOGO

Rəşad Nəbiyev Sabirabadda vətəndaşları qəbul edəcək

11 Nov 2026 12:45 7 baxış
IMG

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev noyabrın 17-də, saat 09:30-da Sabirabad şəhərində yerləşən Telekommunikasiya Qovşağında Saatlı, İmişli, Sabirabad rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahələrində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

"Qəbula 16 noyabr 2026-cı il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi saytı, Çağrı mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür. Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda noyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək", - məlumatda qeyd olunub.

Mənbə: report.az

Xəbər lenti