IMG-LOGO

Vüqar Bayramov: "Məşğul əhalinin 65 %-i əmək müqaviləsi olmadan çalışır"

11 Nov 2026 11:37 6 baxış
IMG

Azərbaycanda məşğul əhalinin 65 %-i əmək müqaviləsi bağlamadan fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "2027-ci il dövlət büdcəsi haqqında"qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun fikrincə, Azərbaycanda saatlıq əməkhaqqı mexanizminin tətbiqi qeyri-rəsmi məşğulluğun leqallaşdırılması baxımından böyük əhəmiyyət daşıyır: "Nəzərə alsaq ki, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 681 min nəfər, məşğul əhalinin sayı isə 5 milyon 105 min nəfərdir. Muzdla, yəni əmək müqaviləsi əsasında çalışan vətəndaşlarımızın sayı isə 1 milyon 726 min nəfər təşkil edir. Bu rəqəmlər göstərir ki, məşğul əhalinin yalnız 35 %-i əmək müqaviləsi çərçivəsində işləyir, qalan 65 %-i isə müqavilə olmadan fəaliyyətini davam etdirir. Əmək Məcəlləsinə təqdim edilən dəyişiklik təklifləri bu nisbətin dəyişdirilməsinə xidmət edəcək".

Mənbə: report.az

Xəbər lenti