Azərbaycanın Xalq artisti, tanınmış müğənni və iş adamı Emin Ağalarov yeni mahnı və albomunun işıq üzü görəcəyini açıqlayıb.
Lent.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
46 yaşlı müğənni noyabrın 13-də “Mən səmanın tərəfdarıyam” adlı yeni mahnısını təqdim edəcəyini bildirib. O, həmçinin ayın sonunda “Bəs qalsam?” adlı rusdilli albomunun yayımlanacağını açıqlayıb.
“Noyabrın 13-də yeni mahnım işıq üzü görəcək. Amma musiqi yenilikləri bununla bitmir. Ayın sonunda yeni rusdilli albomumu təqdim edəcəyəm. Albomda müxtəlif əhvali-ruhiyyəli, lakin eyni ideya ətrafında birləşən mahnılar yer alıb. Onlar həyat, həyata münasibətimiz, hisslərimiz və hər gün etdiyimiz seçimlər haqqındadır”, – sənətçi qeyd edib.
Emin Ağalarov albomda həm yeni solo ifaların, həm də məşhur sənətçilərlə duetlərin yer alacağını vurğulayıb. Bundan başqa, il ərzində dinləyicilərin rəğbətini qazanan “Həyat oyundur” mahnısı da alboma daxil ediləcək.
“Tezliklə daha çoxunu açıqlayacağam”, – müğənni pərəstişkarlarına müraciət edib.
Sənətçinin paylaşımı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər yeni mahnının melodiyasını və romantik ab-havasını bəyəndiklərini bildirərək albomun təqdimatını səbirsizliklə gözlədiklərini yazıblar.
Emin Ağalarov Xalq artisti mahnı albom musiqiMənbə: lent.az