IMG-LOGO

Pezeşkian Türkiyəyə yola düşüb

11 Nov 2026 07:14 3 baxış
IMG

İran Prezidenti Məsud Pezeşkian Türkiyəyə yola düşüb.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

Pezeşkian Antalyada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində təşkil olunan Liderlər Sammitində iştirak edəcək.

Səfər çərçivəsində onun ikitərəfli görüşlər keçirəcəyi də gözlənilir.

Mənbə: report.az

Xəbər lenti