IMG-LOGO

Özcan Denizin həyat yoldaşı ağır əməliyyat keçirəcək

09 Nov 2026 02:48 22 baxış
IMG
2 0  

Türkiyəli müğənni və aktyor Özcan Denizin həyat yoldaşı Samar Dadgar ciddi sağlamlıq problemi ilə üzləşib. O, dizindən ağır əməliyyat olunacağını və bir neçə ay normal yeriməkdə çətinlik çəkə biləcəyini açıqlayıb.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

2023-cü ildə Özcan Denizlə evlənən Samar Dadgar sosial şəbəkə hesabında xəstəxanadan paylaşım edib. O, əməliyyatdan sonra təxminən 10 gün xəstəxanada qalacağını bildirib.

Dadgar yaxın vaxtlarda üç yaşlı bacısı oğlu Liamın vəfat etməsi səbəbindən ağır günlər yaşadığını da qeyd edib. Onun sözlərinə görə, ailəsindəki itkinin yaratdığı kədərlə yanaşı, öz sağlamlıq problemləri ilə də mübarizə aparır.

O, əməliyyatdan sonra yenidən rahat yeriyə bilməsinin bir neçə ay çəkəcəyini söyləyib.

 

 

Özcan Deniz Samar Dadgar əməliyyat

Mənbə: lent.az

Xəbər lenti