IMG-LOGO

Qışda avtomobili niyə uzun müddət yerində qızdırmaq olmaz?

06 Nov 2026 13:45 4 baxış
IMG
0 0

Soyuq havalarda bir çox sürücü səhər avtomobilin mühərrikini işə salır, salonun isitmə sistemini ən yüksək səviyyəyə gətirir və mühərrikin tam qızmasını gözləyir. Ancaq mexanik Bittor Arielin sözlərinə görə, bu vərdiş əslində avtomobilə faydadan çox zərər verə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislər avtomobili düzgün işə salmaq üçün sürücülərin əməl etməli olduğu qaydaları açıqlayıb.

1. Mühərriki işə salmazdan əvvəl elektrik avadanlıqlarını söndürün.

Alışdırma açarını çevirməzdən əvvəl radionu, oturacaqların isidilməsini və arxa şüşənin qızdırıcısını söndürmək tövsiyə olunur. Elektrik enerjisi sərf edən avadanlıqlar nə qədər az işləsə, akkumulyatora düşən yük də bir o qədər az olar.

2. Mexaniki sürətlər qutusu olan avtomobillərdə mufta pedalını sıxın.

Əgər avtomobil mexaniki sürətlər qutusu ilə təchiz olunubsa, mühərriki işə salarkən mufta pedalını sona qədər basmaq məsləhətdir. Bu zaman starterin üzərinə düşən yük azalır və mühərrikin işə düşməsi asanlaşır.

3. Starteri uzun müddət işlətməyin.

Mühərriki işə salarkən açarı start vəziyyətində beş saniyədən artıq saxlamaq tövsiyə edilmir. Əgər mühərrik işə düşmürsə, növbəti cəhddən əvvəl təxminən 20 saniyə gözləmək lazımdır.

4. Mühərrik işə düşən kimi qaz pedalına kəskin basmayın.

Mühərrik işə düşdükdən sonra onun təxminən 20–30 saniyə boş rejimdə işləməsinə imkan verin. Bu müddətdə təhlükəsizlik kəmərini bağlamaq və güzgüləri tənzimləmək olar.

5. Şüşələri buzdan təmizləyin.

Hərəkətə başlamazdan əvvəl ön, arxa və yan şüşələrdəki buzları təmizləmək vacibdir. Bu, sürücünün yolu aydın görməsini təmin edir və qəza riskini azaldır.

Lakin şüşələri təmizləmək üçün avtomobili 10 dəqiqə boş rejimdə işlətmək məsləhət görülmür. Görünüş tam təmin edilmədən hərəkətə başlamaq da təhlükəlidir.

6. Hərəkətə tədricən başlayın.

Avtomobili işə saldıqdan sonra ilk dəqiqələrdə sakit sürmək, mühərrikin dövrlərini təxminən 2000–2500 dövr/dəqiqə həddində saxlamaq tövsiyə olunur. Qəfil sürətlənmədən və mühərrikin dövrlərini kəskin artırmaqdan çəkinmək lazımdır.

 

texno qışda avtomobilləri qorumaq avtomobili düzgün işə salmaq

Mənbə: lent.az

Xəbər lenti