IMG-LOGO

Rəsmi Tehran Xameneinin ölümünün mövcud sistemi dəyişdirməyəcəyinə əmindir

03 Mar 2026 00:54 7 baxış
IMG

İranda ali dini lider Əli Xameneinin öldürülməsindən sonra mövcud sistemin çökəcəyinə inanmırlar.

"Report"un "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bunua İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, Xameneinin və yüksək rütbəli komandanların öldürülməsinə baxmayaraq, İranın hələ də dünyanın ən böyük ordularından biri qarşısında dayanması və güclü cavablar verməsi onu göstərir ki, mövcud sistem köklü və möhkəm struktura malikdir və şəxslər getməsi ilə dağılmaya məruz qalmır.

XİN rəhbəri bir daha vurğulayıb ki, hazırkı müharibədə İran haqlı tərəfdir. Onun sözlərinə görə, rəsmi Tehran müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün heç nəyi əsirgəməyib və danışıqlar yolunu sınayıb.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti