IMG-LOGO

Anar Əliyev: "Gələn il 173 min işsiz və işaxtaran şəxs işlə təmin olunacaq"

05 Nov 2026 11:44 3 baxış
IMG

Gələn il 173 min işsiz və işaxtaran şəxs işlə təmin olunacaq.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki,İşsiz və işaxtaran şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, eləcə də aktiv məşğulluq tədbirlərinin təşkili istiqamətində İşsizlikdən Sığorta Fondu vasitəsilə genişmiqyaslı tədbirlər həyata keçirilir: "Belə ki, 2027-ci ildə əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İşsizlikdən Sığorta Fondunun gəlirləri 268,9 milyon manat həcmində proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 30,6 milyon manat və ya 12,8 % çoxdur. Fondun gəlirləri işsizlikdən sığorta haqları hesabına formalaşır. 2027-ci il üçün sığorta haqları üzrə daxilolmaların həcmi 2026-cı ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 30,6 milyon manat və ya 12,9% çox proqnozlaşdırılıb. Sığorta haqları üzrə ümumi yığımın 77,7 %-nin qeyri-büdcə sektorunun payına düşəcəyi gözlənilir".

Nazir bildirib ki, Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaitinin 50,3 milyon manatının 2027-ci ilin xərclərinə yönəldilməsi planlaşdırılır: "2027-ci ildə İşsizlikdən Sığorta Fondunun xərclərinin 319,2 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, cari ilin təsdiq edilmiş göstəricisindən 52,8 milyon manat və ya 19,8% çoxdur. Gələn il Fondun vəsaiti hesabına 444 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması gözlənilir".

O qeyd edib ki, bu çərçivədə 173 min şəxsin işlə təmin edilməsi, 14,5 min şəxsin özünüməşğulluq proqramına, 18,5 min şəxsin peşə hazırlığına cəlb olunması, 230 min şəxsə isə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi nəzərdə tutulur: "Bundan əlavə, 2027-ci il ərzində 15,6 min şəxsə işsizlikdən sığorta ödənişinin təyin edilməsi proqnozlaşdırılır. ​2027-ci ildə məşğulluq tədbirlərinin maliyyələşməsinə işsizlikdən sığorta fondunun xərclərinin 61%-inin və ya 194,2 milyon manatının yönəldilməsi proqnoz edilir. O cümlədən işsizlikdən sığorta ödənişi üzrə 36 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur".

Mənbə: report.az

Xəbər lenti