IMG-LOGO

Anar Əliyev: "DSMF indiyədək 2,2 milyard manatlıq investisiya fəaliyyəti həyata keçirib"

05 Nov 2026 13:02 3 baxış
IMG

Dövlət Sosial Müdafiə Fondu (DSMF) indiyədək 2,2 milyard manatlıq investisiya fəaliyyəti həyata keçirib.

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, DSMF-də indiyədək çox sayda sağlamlaşdırma tədbirləri həyata keçirilib: "Həm fondun gəlirləri, həm də xərcləri üzrə şəffaflıq və elektronlaşma təmin olunub. İnzibatçılığın təkmilləşdirilməsi, həmçinin ölkədə iqtisadi və sosial sahələrdə həyata keçirilən islahatlar fondun fəaliyyətinin xeyli sağlamlaşdırılmasına və növbəti mərhələdə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə böyük dəstək verib. İndiyədək fond tərəfindən 2,2 milyard manat məbləğində investisiya fəaliyyəti həyata keçirilib. Hesab edirəm ki, bu, kifayət qədər ciddi rəqəmdir və fondun gələcək dövrdə maliyyə dayanıqlığının təmin olunması baxımından müsbət nəticədir. Bu nəticəni qoruyub saxlamaq və daha da inkişaf etdirmək niyyətindəyik".

Mənbə: report.az

Xəbər lenti