IMG-LOGO

Mövsümi xarakterli işdə elektron xidmət alış aktı mexanizmi tətbiq ediləcək

05 Nov 2026 12:57 3 baxış
IMG

Azərbaycanda mövsümi xarakterli işlərdə mülki-hüquqi müqavilələr üzrə elektron xidmət alış aktı mexanizminin tətbiqi təklif edilir.

"Report" xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Əmək qanunvericiliyinin tələblərinə əsasən, vergi ödəyiciləri tərəfindən fiziki şəxslərin işlərin görülməsi və xidmətlərin göstərilməsinə cəlb olunması iki yolla həyata keçirilir:

- İşəgötürənlə işçi arasında əmək müqaviləsinin (kontrakt) bağlanılması;

- Vergi ödəyicisi tərəfindən mülki-hüquqi müqavilə çərçivəsində fiziki şəxslərin işlərə cəlb edilməsi.

Lakin vergi orqanları tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı tərəflər arasında mövcud olan münasibətlərin əmək və ya mülki-hüquqi müqavilə əsasında rəsmiləşdirilməsi ilə əlaqədar müəyyən praktiki çətinliklər müşahidə olunduğundan belə bir təklif irəli sürülür.

Mənbə: report.az

Xəbər lenti