IMG-LOGO

Milli Məclis yaşayış minimumu və ehtiyac meyarının həddini müzakirə edir

05 Nov 2026 10:59 4 baxış
IMG

Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında 2027-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.

"Report" xəbər verir ki, büdcə zərfində bu məbləğin 314 manat olması təklif olunur.

O cümlədən yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 334 manat, pensiyaçılar üçün 258 manat, uşaqlar üçün isə 274 manat müəyyən edilir.

Qanun layihələri qəbul olduğu təqdirdə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Mənbə: report.az

Xəbər lenti