Azərbaycanda "ASAN xidmət" mərkəzləri dövlət idarəçiliyi sistemində innovasiyaların uğurlu tətbiq nümunəsidir.
"Report" xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin İdarəetmə şöbəsinin rəhbəri Adriana Alberti Bakıda keçirilən "BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə hazır təsisatların inkişafı" tədbirində bildirib.
Onun sözlərinə görə, bütün vətəndaşların ehtiyaclarını əvvəlcədən nəzərə alan və inklüzivliyi təmin edən rəqəmsal xidmətləri inkişaf etdirmək lazımdır.
Xəbər yenilənir
Mənbə: report.az