IMG-LOGO

"Bitcoin" və "Ethereum"un qiymətləri artıb

05 Nov 2026 09:18 3 baxış
IMG

Dünyada kapitallaşmasına görə ilk iki kriptovalyutanın - "Bitcoin" və "Ethereum"un dəyəri kəskin şəkildə artır.

"Report" xəbər verir ki, bunu "Binance" platformasının məlumatları göstərir.

"Bitcoin"in qiyməti 5 % artaraq 80 min 513 ABŞ dolları, "Ethereum" isə 7,36 % bahalaşaraq 2 min 425 dollara çatıb.

"Coinmarketcap"in 5 noyabr tarixinə olan məlumatlarına görə, bütün kriptovalyuta bazarının kapitallaşması 2,69 trilyon dollar təşkil edib. Bunun 1,61 trilyon dolları (60,1 %) "Bitcoin"in, 296,55 milyard dolları (11 %) isə "Ethereum"un payına düşür.

Mənbə: report.az

Xəbər lenti