Gələn il Azərbaycanın dövlət büdcəsindən bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün "Təmiz Şəhər" ASC-yə bu illə müqayisədə 25,85 % az - 17,5 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, 2027-ci ilin büdcə zərfinin layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.
Bundan başqa, büdcə zərfinə əsasən, gələn il mənzil və kommunal xərclər üçün 335,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılır. Bunun da 132,5 milyon manatı və yaxud 39,5 %-i kommunal təsərrüfata, 60 milyon manatı və yaxud 17,9 %-i mənzil təsərrüfatına, 15,7 milyon manatı və yaxud 4,7 %-i su təsərrüfatına, 6,3 milyon manatı və yaxud 1,9 %-i lift təsərrüfatına, 120,7 milyon manatı və yaxud 36 %-i mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xərclərə yönəldiləcək.
Mənbə: report.az