3 yaşınadək uşağı olan analara ödənilən aylıq müavinətin məbləği artırılır.
Lent.az xəbər verir ki, bu, Hesablama Palatasının “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə Rəyində əksini tapıb.
Rəyə əsasən, 3 yaşınadək uşağa qulluğa görə bir nəfərə düşən məbləğ 37 manat 58 qəpikdən 100 manata qaldırılır.
Qeyd edək ki, bu, 62 manat 42 qəpik artım deməkdir.
uşaq puluMənbə: lent.az