IMG-LOGO

"Neftçi" FIBA Avropa Kubokunun qrup mərhələsində beşinci oyununa çıxacaq

04 Nov 2026 09:07 3 baxış
IMG

"Neftçi" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci oyununa çıxacaq.

"Report"un məlumatına görə, "ağ-qaralar" bu gün H qrupunun növbəti matçında Bolqarıstanın "Lokomotiv" kollektivinin qonağı olacaq.

Oyun Plovdiv şəhərində, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Xatırladaq ki, "Neftçi" qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda "Fribur Olimpik"ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi "Mikonos"a 58:78, Latviyanın VEF kollektivinə 94:110, "Oradya"ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.

Mənbə: report.az

Xəbər lenti