IMG-LOGO

Kiprdə təhsil işçiləri müddətsiz tətil elan ediblər

02 Nov 2026 15:20 3 baxış
IMG

Kiprdə təhsil sahəsinin əməkdaşları müddətsiz tətilə başlayıblar.

"Report" xəbər verir ki, bu barədə "The Cyprus Mail" yazır.

Həmkarlar ittifaqları bildiriblər ki, noyabrın 5-də təhsil işçiləri Maliyyə Nazirliyindən Prezident sarayına etiraz yürüşü keçirərək hüquqlarının qorunmasını və öhdəliklərin dərhal yerinə yetirilməsini tələb edəcəklər.

Tətil qərarı Təhsil Nazirliyinin 2026-cı il aprelin 21-də parlamentin qəbul etdiyi qanunları yerinə yetirməməsi qənaətində olması səbəbindən qəbul edilib.

Digər məsələlərlə yanaşı, etirazçılar hökumətin müvafiq qərarların qəbul edilməsində yol verdiyi gecikmələrə görə proqram çərçivəsində ixtisar edilmiş işçilərin artıq beş aydır ki, gəlirsiz qalmasından, işsizlik müavinəti və əməkhaqqıdan məhrum olmasından narazıdırlar.

Mənbə: report.az

Xəbər lenti