İspaniyanın Lansarote adasındakı Arrisife şəhərindən təxminən 150 kilometr şimal-şərqdə 140-a yaxın qanunsuz miqrant xilas edilib.
"Report" xəbər verir ki, bu barədə İspaniya mediası dəniz xilasetmə xidmətinə istinadən məlumat yayıb.
Onların hamısı bir qayıqda olublar.
Miqrantların sözlərinə görə, qayıqda olan azı 7 nəfər ölüb. Lakin xilasedicilər yalnız 2 nəfərin meyitini aşkar ediblər. Məlum olub ki, qalan miqrantların meyitləri göyərtədən atılıb. Onların ölüm səbəbi müəyyən edilməyib.
Qeyd olunub ki, təkcə oktyabrın 31-dən noyabrın 1-nə keçən gecə Kanar adalarında 300 qanunsuz miqrantı xilas etmək mümkün olub.
Mənbə: report.az