Azərbaycanın 16 yaşadək oğlan və qız voleybolçulardan ibarət milliləri Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) I təsnifat mərhələsində mübarizə aparacaqlar
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Oğlanlardan ibarət U-16 millimiz Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komanda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.
Qızlar isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaqlar. B qrupunda yer alan millinin rəqibləri Estoniya, Litva və Ukrayna kollektivləri olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1 - B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2 - B2 və A3 - B3 qarşılaşmalarında üz-üzə gələcəklər.
A1 - B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Oğlanlar
19 noyabr
18:00. Latviya - Azərbaycan
20 noyabr
18:00. Azərbaycan - Finlandiya
Qızlar
19 noyabr
19:00. Estoniya - Azərbaycan
20 noyabr
16:00. Azərbaycan – Ukrayna
21 noyabr
19:00. Litva – Azərbaycan
Qeyd edək ki, yarışlar noyabrın 19-22-də keçiriləcək. Oyunların başlama saatları yerli vaxtla göstərilib.
Mənbə: report.az