IMG-LOGO

UNESCO: 2006-cı ildən bəri 1,6 mindən çox jurnalist həlak olub

02 Nov 2026 16:33 2 baxış
IMG

Dünyada 2006-cı ildən bəri 1 641 jurnalist öldürülüb, eyni zamanda, orta hesabla hər dörd gündə 1 media işçisi həlak olur.

"Report" xəbər verir ki, sənədə əsasən, 2006–2007, 2012–2015 və 2023–2025-ci illərdə silahlı münaqişələr jurnalistlərin ölümünün əsas amili olub.

Bununla yanaşı, son iki ildə silahlı münaqişələrin olmadığı ölkələrdə 62 jurnalist öldürülüb. Bu, son 18 ilin minimum göstəricisidir.

UNESCO həmçinin həlak olan qadın jurnalistlərin sayının azaldığını qeyd edib. Eyni zamanda, 25-29 yaş arası gənc media işçilərinin həlak olması halları artıb.

Hesabatda münaqişə zonalarında jurnalistlərin həlak olmasının ayrı-ayrı halları da göstərilir. Belə ki, martın 28-də Livanın cənubunda İsrailin aviazərbəsi nəticəsində İsrail və Livanın "Hizbullah" qruplaşması arasındakı qarşıdurmanı işıqlandıran üç media nümayəndəsi ölüb.

"Əl-Manar" telekanalının məlumatına görə, kanalın müxbiri Əli Şüeyb həlak olub. "Al-Mayadeen" telekanalı Cəzzin bölgəsində jurnalist Fatimə Ftuni və onun qardaşı - videooperator Məhəmmədin həlak olduğu barədə məlumat verib.

Mənbə: report.az

Xəbər lenti