İngiltərə Premyer Liqasının üç klubu "Nottinqem Forest"in futbolçusu Morqan Qibbs-Uaytla maraqlanır.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted", "Liverpul" və "Tottenhem" 26 yaşlı yarımmüdafiəçini yaxından izləyir.
Mançester təmsilçisi oyunçu üçün ən real namizəd hesab edilir.
Xatırladaq ki, Morqan Qibbs-Uayt cari mövsüm Premyer Liqada 8 oyuna çıxıb, 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: report.az