IMG-LOGO

Tural Abbaslı, xanımı və qayınatası namizəd oldu

13 Jul 2024 19:08 142 baxış
IMG

Ağ Partiyanın sədri Tural Abbaslı və onun həyat yoldaşı, Ağ Partiyanın sədr müavini Nərmin Abbaslı parlament seçkilərinə qatılacaqlar.

Lent.az xəbər verir ki, Tural Abbaslı 21 saylı Nəsimi seçki dairəsindən, xanımı Nərmin Abbaslı isə 43 saylı Sumqayıt seçki dairəsində namizədliklərini irəli sürüblər.

Tural Abbaslının qayınatası, Nərmin Abbaslının atası İkram İsrafil də deputat olmaq istəyir.

Milli Məclisin 3-cü çağırış deputatı olmuş İkram İsrafil Müsavat Partiyasının üzvüdür. O, 45 saylı Sumqayıt dördüncü seçki dairəsindən namizədliyini irəli sürüb.(Unikal.az)

Mənbə: lent.az

Xəbər lenti