IMG-LOGO

“Qızıl top”un əsas favoritləri açıqlandı – Messi üçüncü pillədə

21 Jul 2026 12:28 3 baxış
IMG
0 0

2026-cı il “Qızıl top” mükafatına əsas namizədlərin yenilənmiş güc reytinqi açıqlanıb.

Lent.az “The Sporting News”ə istinadən xəbər verir ki, siyahıya “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri başçılıq edir.

Dünya çempionatında İspaniya ilə çempion olan və turnirin ən yaxşı oyunçusu seçilən Rodri mükafatın əsas favoriti hesab edilir.

İkinci pillədə mövsüm ərzində bütün turnirlərdə 67 qol vuran “Bayern”in hücumçusu Harri Keyn qərarlaşıb. “İnter Mayami” və Argentina millisinin ulduzu Lionel Messi isə üçüncü yerdə göstərilib.

İlk onluq belədir:

Rodri Harri Keyn Lionel Messi Maykl Olise Kilian Mbappe Lamin Yamal Deklan Rays Cud Bellinqem Erlinq Holand Bruno Fernandeş

“Qızıl top” mükafatının 2026-cı ilin oktyabrında təqdim olunacağı gözlənilir.

Qızıl top Rodri Lionel Messi Harri Keyn futbol dünya çempionatı Kilian Mbappe Lamin Yamal Ballon d’Or

Mənbə: lent.az

Xəbər lenti