IMG-LOGO

Sosial mediadakı söyüşlərə görə CƏZALANDI

21 Jul 2026 11:58 3 baxış
IMG
1 0

Türkiyəli aktrisa Nur Sürer sosial şəbəkə üzərindən onu təhqir edən Cahit Yüceerə qarşı qaldırdığı mənəvi təzminat iddiasını qazanıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Birinci İnstansiya Mülki Məhkəməsi aktrisanın iddiasını qismən təmin edib. Məhkəmənin qərarına əsasən, Cahit Yüceer Nur Sürerə 2 min lirə mənəvi təzminat ödəməlidir.

Məbləğə 27 iyun 2021-ci ildən etibarən hesablanan faiz də əlavə olunacaq.

Nur Sürer məhkəməyə müraciətində sosial mediada yayılan təhqiramiz ifadələrin onun şəxsi hüquqlarına və nüfuzuna zərər vurduğunu bildirib. Aktrisa qarşı tərəfdən 30 min lirə mənəvi təzminat tələb edib.

Məlumata görə, eyni hadisə ilə bağlı daha əvvəl keçirilən cinayət məhkəməsində də Cahit Yüceer “yazılı mesaj vasitəsilə açıq şəkildə təhqir” cinayətinə görə təqsirli bilinib.

Cahit Yüceer isə yazdıqlarının təhqir deyil, sadəcə kobud ifadələr olduğunu irəli sürərək iddianın rədd edilməsini istəyib. Məhkəmə onun bu arqumentini qəbul etməyərək təzminat ödənilməsinə qərar verib.

 

Nur Sürer Cahit Yüceer sosial media təhqir məhkəmə mənəvi təzminat Türkiyə aktrisa maqazin xəbərləri

Mənbə: lent.az

Xəbər lenti