IMG-LOGO

Yeni Zelandiyada zəlzələ baş verdi

19 Jan 2026 05:54 4 baxış
IMG
1 0

Yeni Zelandiyanın cənub-qərb sahillərində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Avstraliya Geoloji Xidməti məlumat yayıb.

Fəlakətin episentri Stüart adasından təxminən 160 kilometr cənub-qərbdə yerləşib, zəlzələnin ocağı isə 10 kilometr dərinlikdə olub.

Hazırda tələfat və dağıntı barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.

Yeni Zelandiya

Xəbər lenti