IMG-LOGO

İlham Əliyev Fridrix Mertsinlə təkbətək görüşdü - VİDEO

21 Jul 2026 14:37 3 baxış
IMG
1 0

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 21-də Berlində rəsmi qarşılanma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts dövlətimizin başçısını qarşılayıb.

Almaniya nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Federal Kansler Fridrix Mertsə təqdim edilib.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına və Federal Kanslerə raport verib.

Azərbaycan Respublikasının və Almaniya Federativ Respublikasının Dövlət himnləri səsləndirilib.

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Merts ilə təkbətək görüşü keçirilir.

Lent.az-ın məlumatına görə, bu barədə APA-nın Berlinə ezam olunmuş əməkdaşı xəbər verir.

 

 

Sizin brauzer video tagını dəstəkləmir. Prezident İlham Əliyev

Mənbə: lent.az

Xəbər lenti