IMG-LOGO

Bağçada uşaqları kamerasız otaqlarda döyənlərə cinayət işi açıldı - VİDEO - YENİLƏNİB

30 Oct 2026 13:38 2 baxış
IMG
18 0

Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıq faktı ilə bağlı cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dərhal hüquq-mühafizə orqanlarına müraciət edilib.

Dövlət Komitəsindən verilən məlumata əsasən, faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb. Hazırda hadisənin bütün hallarının araşdırılması və faktın hüquqi qiymətləndirilməsi məqsədilə istintaq tədbirləri davam etdirilir:

"Uşaqlara qarşı hər hansı formada zorakılığı qətiyyətlə pisləyirik. Hər bir uşağın təhlükəsiz mühitdə böyümək, hüquqlarının və mənafelərinin qorunması hüququ var".

***

24 oktyabr, saat 18:24

Paytaxtın Badamdar qəsəbəsində yerləşən uşaq bağçasında uşaqların zorakılığa məruz qaldığı iddia olunur.

Lent.az baku.ws-ə istinadən xəbər verir ki, söhbət "EOS Junior" uşaq bağçasından gedir.

Valideynin iddiasına görə, bağçadakı uşaqlar müşahidə kameraları olmayan otaqlara aparılaraq döyülür və onlara hədə-qorxu gəlinir.

Şikayətçi bildirib ki, uşaqlara qarşı zorakılıq edən şəxs bağçanın direktorudur. Onun sözlərinə görə, həmin qadınla bağlı dəfələrlə şikayət edilsə də, o, uşaqlara qarşı zorakılıq göstərməkdə davam edib.

Valideyn həmçinin qeyd edib ki, bağçadan çıxarılan uşaqlar hazırda psixoloji dəstək alırlar.

Bağçanın icraçı direktoru Şəfəq Həsənzadə isə həmin əməkdaşın işdən çıxarıldığını və məsələ ilə bağlı hüquqi qiymətləndirmə aparıldığını bildirib.

Hadisələr sosial xəbərlər uşaq bağçası video videolent bağçada uşaqların döyülməsi

Mənbə: lent.az

Xəbər lenti