IMG-LOGO

Astarada torpaq sürüşməsi oldu - FOTO

30 Oct 2026 13:26 4 baxış
IMG
0 0

Astarada torpaq sürüşməsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, sürüşmə gecə saatlarında rayonun Vaqo kəndində Pensərçay axınının sol istiqatində qeydə alınıb.

Əsası 1988-ci ildə qoyulan bus bəndlər, rayonda yağan aramsız yağışlar nəticəsində su sərfi artıb və bəndlərin dib yamaçı yuyulub. Nəticədə ümumilikdə 20 metr uzunluqda torpaq qatı çaya aşıb. Bəzi vətəndaşların məhəllə arası istifadə etdiyi yolun kənar hissəsi uçub.

Hazırda əraziyə Astara Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin mütəxəsisləri və texnikaları cəlb olunub. Bəndlərin təmiri işlərinə başlanılıb. Məsələ ilə bağlı müvafiq qurumlara məıumat verilib.

Hadisələr torpaq sürüşməsi

Mənbə: lent.az

Xəbər lenti