Ukrayna Prezidenti Volodimir Zelenski "Rassvet" peyk rabitəsi sisteminin yaradılmasında iştirak edən Rusiya şirkətləri və fiziki şəxslərinə, eləcə də Rusiyanın "kölgə donanması"nın 39 gəmisinə qarşı sanksiyaların tətbiq edilməsi haqqında fərmanlar imzalayıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Xəbər yenilənir
Mənbə: report.az