IMG-LOGO

Bakıda 24 manata çörək satılır – VİDEO

30 Oct 2026 13:11 4 baxış
IMG
0 0

Bakıda bəzi çörək növlərinin qiyməti alıcıların təəccübünə səbəb olub.

Lent.az APA TV-yə istinadən xəbər verir ki, paytaxtda qlütensiz ağ çörək 8, kəpəkli tost çörəyi 20, qabıqlı çörək 21, İtaliya mənşəli ciabatta isə 24 manata təklif olunur.

Adi çörəklə müqayisədə qiymətlərin bu qədər yüksək olması suallar doğurub.

Bəs bahalı çörəklər həqiqətən daha keyfiyyətli və sağlamdırmı? Qiymətlər hansı amillər əsasında müəyyənləşdirilir? Qlütensiz və pəhriz çörəkləri hər kəs üçün faydalıdırmı?

Vətəndaşların qiymətlərə münasibəti, ekspertlərin məhsulların tərkibi və qida təhlükəsizliyi ilə bağlı açıqlamaları APA TV-nin videomaterialında təqdim olunur.

 

 

çörək qiymətləri Bakı bahalı çörək qlütensiz çörək ciabatta qida təhlükəsizliyi APA TV

Mənbə: lent.az

Xəbər lenti