IMG-LOGO

Budapeştdə Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində prioritetləri müzakirə edilib

13 Jan 2026 15:49 3 baxış
IMG

Türk dövlətlərinin Macarıstandakı səfirləri Azərbaycanın Türk Dövlətləri Təşkilatına (TDT) sədrliyi çərçivəsində prioritetlərini müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə "X" hesabında yazıb.

"Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səfirlərini səfirlikdə qəbul etməkdən və 2025–2026-cı illərdə TDT-yə sədrliyi çərçivəsində Azərbaycanın prioritetlərini müzakirə etməkdən məmnun olduq",- diplomat qeyd edib.

Xəbər lenti