IMG-LOGO

IRIB: İran Cey Di Vensin məktubuna cavab verməyib

29 Oct 2026 19:32 32 baxış
IMG

İran tərəfi Vaşinqtona ünvanladığı 7 şərtin icrasında israr edir və ABŞ-nin vitse-prezidenti Cey Di Vensin məktubunu cavablandırmayıb.

"Report" IRIB-yə istinadən xəbər verir ki, Vensin İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezaiyə yazdığı məktub cavabsız qalıb.

"İran məktubu təhvil alıb, lakin hələlik ona cavab verməyib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Tehranın təklifinə zidd mövqe qəbuledilməzdir.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vensin Rezaiyə ünvanladığı məktubda İran tərəfinə dərman preparatlarının çatdırılması təklif edilib.

Mənbə: report.az

Xəbər lenti