Vatikan Almaniyanın avtomobil istehsalçısı "Volkswagen Group" ilə 2030-cu ilə qədər bütün avtomobil parkını elektrikli nəqliyyat vasitələri ilə əvəz etmək üçün müqavilə imzalayıb.
Lent.az xəbər verir ki, bu barədə qubernatorluğun bəyanatında deyilir.
“Vatikan uzun illərdir ki, ətraf mühitin qorunmasına və enerjiyə qənaət strategiyalarının işlənib hazırlanmasına yönəlmiş ekoloji inkişafın təşviqinə sadiqdir. "Volkswagen Group" ilə tərəfdaşlıq sıfır karbon və bərpa olunan enerji mənbələrinə etibar etmək kimi uzunmüddətli hədəfə çatmağı planlayır"
Bəyanatda həmçinin deyilir ki, Vatikan öz ərazisində və Romadakı obyektlərində elektrik doldurma stansiyaları şəbəkəsi yaradacaq.