IMG-LOGO

100 il sonra yeni pişik növü tapıldı

18 Sep 2026 11:14 2 baxış
IMG
0 0

Boliviyada yeni pişik növü aşkar edilib.

Lent.az xəbər verir ki, bu barədə “National Geographic” nəşri məlumat yayıb.

Alimlər 100 ildən çox müddətdə ilk dəfə yeni pişik növünün mövcudluğunu təsdiqləyiblər. Yeni növ Leopardus tilcayo adlandırılıb. Heyvanın başından quyruğuna qədər uzunluğu təxminən 45 santimetr, çəkisi isə cəmi 1,4 kiloqramdır.

Qeyd olunur ki, heyvan əslində hələ 2015-ci ildə tapılıb. Balaca pişiyi yerli sakinlərdən biri aşkar edərək evinə aparıb. Lakin bir il sonra o, “qəribə pişiyi” qoruğa təhvil verib.

Heyvanın kiçik sifəti, qısa və yumru qulaqları, uzun bığları olub. Xəzinin rəngi isə leoparda bənzəyib. Ölçülərinə görə onun adi ev pişiyi olmadığı diqqət çəkib.

Qeyri-adi heyvan alimlərin də marağına səbəb olub. Əvvəlcə mütəxəssislər onun artıq məlum olan Leopardus tigrinus növünə aid olduğunu düşünüblər. Ancaq yalnız 10 il sonra aparılan genetik analizlər nəticəsində pişiyin tamamilə yeni növə aid olduğu müəyyənləşdirilib.

Tədqiqatçılar Leopardus tilcayo, yəni tilkayonun Boliviyanın Yunqas bölgəsində, And dağlarının şərq yamacındakı meşələrdə yaşadığını müəyyən ediblər.

Bu pişiklər demək olar ki, öyrənilməyib. Buna görə də onların nə ilə qidalandığı, necə ov etdiyi və çoxaldığı barədə məlumat olduqca azdır.

Qeyd edək ki, bundan əvvəl sonuncu dəfə yeni pişik növünün 1923-cü ildə aşkarlandığı bildirilir. Həmin növ pampas pişiyi olub.

heyvanlar aləmi dünyadan xəbərlər pişik növləri

Mənbə: lent.az

Xəbər lenti