IMG-LOGO

Köçəryan məhkəməyə aparıldı - YENİLƏNİB

26 Aug 2026 18:43 4 baxış
IMG
51 0

Ermənistanın ikinci prezidenti Robert Köçəryan Antikorrupsiya Məhkəməsinə aparılıb.

Lent.az “Armenpress”ə istinadla xəbər verir ki, məhkəmədə Antikorrupsiya Komitəsinin Köçəryanın həbsi ilə bağlı vəsatətinə baxılacaq.

*** 17:30

Ermənistanın sabiq prezidenti Robert Köçəryan xəstəxanadan Antikorrupsiya Komitəsinə aparılıb.

Lent.az xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Qeyd edək ki, ötən gün saxlanılan Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb. Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.

Xatırladaq ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

*** 25 avqust, saat: 13:30

Robert Köçəryan özünü pis hiss etdiyi üçün təcili yardım çağırılıb.

Lent.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Komitəsi məlumat yayıb.

Məlumata görə, Köçəryanda yüksək qan təzyiqi qeydə alınıb və o, əlavə müayinə üçün müvafiq tibb müəssisəsinə köçürülüb.

*** 12:37

Robert Köçəryan xəstəxanaya yerləşdirilib.

Lent.az Ermənistan mediasına istinadla xəbər verir ki, Köçəryan təcili yardım maşınında MTX əməkdaşlarının müşayiəti ilə xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, Köçəryan və oğlu bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıblar. Komitənin açıqlamasına görə, Ermənistan Respublikası prezidenti vəzifəsini tutan şəxs, ona yaxın şəxslərlə əvvəlcədən razılaşdırılaraq, vəzifəsindən istifadə edərək, müxtəlif uydurma əsaslarla bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra dövlət və iqtisadi əhəmiyyətli qiymətli əmlaklar əldə edib.

Hadisələr Robert Köçəryan Ermənistan

Mənbə: lent.az

Xəbər lenti