IMG-LOGO

Uşaq evindən 28 nəfər tələbə adını qazandı

17 Sep 2026 12:15 2 baxış
IMG
0 0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrinin bu il tələbə adını qazanan 28 sakini təhsillərini ali və orta ixtisas təhsili müəssisələrində davam etdirir.

Bu barədə Agentlikdən Lent.az-a məlumat verilib.

Bildirilib ki, uşaq evlərində böyüyən və artıq yeni həyata qədəm qoyan həmin gənclərdən 2 nəfəri ali təhsil müəssisələrində (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Lənkəran Dövlət Universiteti), 26 nəfəri isə müxtəlif peşə-ixtisas təhsili müəssisələrində təhsil alırlar. Bütün tələbələrə yeni tədris ilində uğurlar arzulayırıq!

Uşaq evləri Sosial Xidmətlər Agentliyi tələbə

Mənbə: lent.az

Xəbər lenti